orta əsrlər

* the dark ages средневековье
ordu ordundan keçmək
orta hesabla (təxminən)
OBASTAN VİKİ
Orta Əsrlər
Orta əsrlər (lat. medium aevum) — italyan humanistləri-linqvistləri və ədəbiyatçıları, klassik latıncanı diriltməyə çalışaraq, onların dövrünü klassik qədim çağlardan ayıran zamanı, "orta əslər"(medium aevum) adlandırmışdılar. XV əsrdə bu istilah artıq tarixçilər tərəfindən də, Qərbi Roma İmperiyasının süqutundan onların yaşadığı İntibah dövrünə qədər olan dövrə də aid edilməyə başladı. XVII əsrdə tarix elmində ümumdünya tarixini əntiq, orta əsrlər və yeni dövrə bölmək ənənəsi möhkəmləndi. Orta Əsrlər anlayışı humanist və sonrakı burjua tarixşunaslığında ciddi elmi anlam və xronoloji müəyyənlik daşımırdı. Orta Əslərin başlanğıcı, gah sonuncu Roma imperatorunun taxtdan salınması(476), gah Konstantinin hakimiyəti dövrü(306–337), gah da ərəblərin Avropaya hücumu (VIII əsrin əvvəli) hesab edilirdi. Orta əsrlərin sonu anlayışı isə daha yayqın idi. Bəziləri bunu Konstantinopolun süqutu(1453), bəziləri Amerikanın kəşfi(1492), bəziləri isə Almaniyada Reformasiyanın başlanğıcı(1517)ilə müəyyən edirdilər. Orta Əsrlərin səciyəsi barədə də müxtəlif mövqelər var. Humanistlərin ardınca İntibah dövrü tarixçiləri də orta əsrləri nadanlıq, mövhumat və düşkünlük çağları kimi dəyərləndirirdilər.
Monqolustan (orta əsrlər)
Monqol imperiyası (monq. Их Монгол Улс), köhnə mənbələrdə Monqol feodal imperiyası — XIII əsrdə yaranmış monqol imperiyası. XII əsrdə monqollarda qəbilə quruluşu dağıldı və ordular yarandı. Ordu rəisləri bahadırlar idi. Dövlətin əsasını Temuçin adlı bahadır qoymuşdur. 1206-cı ildə Onon çayı sahilində keçirilən qurultayda Temuçin xaqan oldu və Çingiz xan adlandırıldı. O, 1207–1211-ci illərdə Sibiri və Türküstanı, 1215-ci ildə Şimali Çini işğal etdi. Çingiz xan 1219–1220-ci illərdə isə Buxara, Səmərqənd, Üzgənc və Otrarı tutdu. 1227-ci ildə Çingiz xan öldü və böyük xaqan Ugedey oldu. Monqolustan Çingiz xanın 4 oğlu: Ugedey, Cağatay, Cuci, Tuli arasında bölüşdürüldü.
Orta Əsrlər fəlsəfəsi
Orta Əsrlər fəlsəfi fikri fəlsəfi etika və təfəkkür üslubu daha çox Qərbi Avropa ölkələrinə məxsusdur. Lakin bu o demək deyildir ki, Qərbi Avropa ölkələri xaricində azadfikirlilik və fəlsəfi düşüncə tərzi olmamışdır. Daha çox feodal cəmiyyətinə xasdır. Bu fəlsəfi sistemin yaranması dövrü Roma imperiyasının məhvə düçar olması və Avropada kapitalizm siyasi iqtisdi formasiyasına keçidlə üst-üstə düşürdü. Təxminən 10 əsrə qədər bir dövrü əhatə etmişdir. Antik dövr quldarlıq quruluşu məhvə düçar olduğu zaman bütün mədəni-maarif sahələrini də öz arxasınca çəkib apardı. Digər sahələrlə birlikdə fəlsəfəyə də böyük ziyan dəymiş oldu. Yeni yaranan din və onun gətirmiş olduğu mədəniyyət etikası yeni fəlsəfi rüşeymlərin cücərməsinə səbəb oldu. Belə ki, Qərbi Avropada kilsə ideyaları sözün əsl mənasında fəlsəfi düşüncə tərzini öz təsiri altına almışdı. İngiltərədə, Çexiyada, Fransada yeni yaranan universitetlər XII əsrdən etibarən kilsə ehkamlarının fəlsəfi dillə izahına yardımçı rolunda çıxış edirdilər.
Orta əsrlər incəsənəti
Orta əsrlər incəsənəti — təqribən 1000 il davam edən Qərbdə sənət tarixi dövrü. Adətən bu termin Avropa, Yaxın Şərq və Şimali Afrikada sənətin inkişafına aiddir. İncəsənət tarixçiləri orta əsr sənətlərini tarixi dövrlərə və mövcud üslublara görə təsnif etməyə çalışırlar, lakin bütün bu təsnifatlar şərtlidir. Aşağıdakı dövrləşdirmə ümumiyyətlə qəbul edilir: Kelt sənəti, erkən xristian sənəti, xalqların köçürülmə dövrü sənəti, Bizans sənəti, Roma dövründən əvvəlki sənət, Roma sənəti və Qotik sənət. Bu üslubların hər biri öz növbəsində ayrı-ayrı dövrlərə bölünür. Bundan əlavə, öz millətinin və mədəniyyətinin formalaşdığı dövrdə hər bölgənin özünəməxsus üslubu vardı, məsələn, ingilis-sakson və ya Qədim Norveç sənəti. O dövrdə freskalar və rəsm əsərləri yalnız həqiqətən istedada sahib olan və rəsm üçün lazımi qabiliyyətlərə sahib olanlar tərəfindən edilirdi. Bu yaradıcılıq bir növ hobbi və ya əyləncə deyildi. Orta əsr sənətləri ustaların müəyyən tələblərini irəli sürdü. Bir qayda olaraq, kilsə divarları, qurbangah və ya namaz üçün bir otaq rənglənirdi.
Orta əsrlər mətbəxi
Orta əsrlər mətbəxi — V əsrdən XVI əsrə qədər Avropa mətbəxinin ərzaq, tərəvəzlərinə, yemək vərdişlərinə və yemək hazırlamaq adətlərinə verilən ümümi ad. Orta əsrlər boyu, qidalanma və yemək hazırlamaq sahəsində, böyük dəyişikliklər baş vermişdir. Bütün dəyişikliklər nəticəsində, muasir Avropa mətbəxi formalaşmışdır. Bu dövrdə ən çox istifadə olunan çörək məmulatı idi. Yulaf və makaron kimi taxıl məmulatlarından hazırlanan yeməklər isə ikinci dərəcəli yer tuturdu. Ət məmulatlarından, gündəlik şəkildə nisbətən daha yüksək təbəqələr istifadə edirdi. Orta və yuxarı təbəqənin ümumi istifadə, etdiyi tərəvəzlər ən çox istifadə olunanlar arasında idi. Ərzaq və tərəvəzlərdən başqa, şərab, gülab və sirkədən gündəlik şəkildə istifadə olunurdu. Yeməklərə əlavə dad vermək, üçün baldan və şəkər tozundan istifadə edilirdi. Ət məmulatlarından ən çox toyuq və donuz ətlərinə təlabat vardı.
Son orta əsrlər
Son orta əsrlər — Avropa tarixində 1250-ci ildən 1500-cü ilə qədər davam edən dövr. Son orta əsrlər Klassik orta əsrlər dövrünün davamıdır erkən yeni dövrə qədər davam edir. Məlum olduğu kimi, XIV-XVI yüzilliklər nəinki Avropada, habelə Şərqdə də mərkəzləşmiş feodal dövlətlərinin yaranmasında mühüm mərhələ hesab edilir. XVI əsrdəİngiltərə hələ ancaq adalardan ibarət olub, 3,5-4 mln əhaliyə malik idi. Ancaq burada mərkəzləşmiş feodal dövlətlərinin yaranması 1066-cı ilə aid edilir. Son dərəcə böyük əraziyə vəəhaliyə malik Rusiya imperiyası beynəlxalq münasibətlərdə dominantlıq etmək imkanlarına malik deyildi və Avropa siyasətinə təsir göstərmirdi. XVI əsr Avropasının əsas dövlətləri Fransa və İspaniya sayıla bilər. Habsburqlar imperiyasının ayrı-ayrı qolları Alman knyazlıqlarını da əhatə edirdi. Dünya siyasətinin müəyyənləşməsində Portuqaliyanında rolu vardır. 1492-ci ildə Amerikanın kəşfi, 1498-ci ildə Ost-Hində gedən dəniz yolunun açılması tezliklə dünya ticarətinin yaranmasını şərtləndirdi.
Azərbaycan orta əsrlər
Azərbaycanda orta əsrlər dövrü — eramızın III–XVIII əsrləri Azərbaycan tarixində orta əsr və ya feodalizm dövrü kimi məlumdur. Tədqiqatçılar bir qayda olaraq bu dövrü 3 əsas mərhələyə bölürlər: III–X yüzilliklər erkən orta əsrlər və ya erkən feodalizm XI–XV əsrlər klassik feodalizm XVI–XVIII əsrlər son feodalizm Bu dövrdə təsərrüfatın əsas formaları əkinçilik, heyvandarlıq və sənətkarlıq olmuşdur. Həmin müddət orta əsr şəhərlərinin yüksəlişi və çiçəklənməsi dövrüdür. Onlar həm siyasi və inzibati mərkəzlər olmaqla yanaşı, həm də iqtisadiyyat və ticarətdə, mədəni, elmi və dini həyatda mühüm rol oynayırdılar. Azərbaycanın orta əsrlər tarixi 3–18 yüzillikləri əhatə edir. Bu yüzilliklər ərzində Azərbaycan xalqının dövlətçilik təcrübəsində, ictimai-iqtisadi, dini, mədəni həyatında əsaslı dəyişikliklər baş verdi. Orta əsrlər dövrünün əvvəlində Azərbaycan Sasani və Ərəb işğallarına məruz qaldı. Lakin İslam dininin qəbul olunması ilə Azərbaycan qədim dövlətçilik ənənələri yenidən dirçəldi. Azərbaycan torpaqlarında Şirvanşahlar , Sacilər ,Salarilər, Rəvvadilər, Şəddadilər dövlətləri yarandı. Səlcuqlar dövründə Qafqazda türklər əsas etnik amilə çevrildi.
Azərbaycanda orta əsrlər dövrü
Azərbaycanda orta əsrlər dövrü — eramızın III–XVIII əsrləri Azərbaycan tarixində orta əsr və ya feodalizm dövrü kimi məlumdur. Tədqiqatçılar bir qayda olaraq bu dövrü 3 əsas mərhələyə bölürlər: III–X yüzilliklər erkən orta əsrlər və ya erkən feodalizm XI–XV əsrlər klassik feodalizm XVI–XVIII əsrlər son feodalizm Bu dövrdə təsərrüfatın əsas formaları əkinçilik, heyvandarlıq və sənətkarlıq olmuşdur. Həmin müddət orta əsr şəhərlərinin yüksəlişi və çiçəklənməsi dövrüdür. Onlar həm siyasi və inzibati mərkəzlər olmaqla yanaşı, həm də iqtisadiyyat və ticarətdə, mədəni, elmi və dini həyatda mühüm rol oynayırdılar. Azərbaycanın orta əsrlər tarixi 3–18 yüzillikləri əhatə edir. Bu yüzilliklər ərzində Azərbaycan xalqının dövlətçilik təcrübəsində, ictimai-iqtisadi, dini, mədəni həyatında əsaslı dəyişikliklər baş verdi. Orta əsrlər dövrünün əvvəlində Azərbaycan Sasani və Ərəb işğallarına məruz qaldı. Lakin İslam dininin qəbul olunması ilə Azərbaycan qədim dövlətçilik ənənələri yenidən dirçəldi. Azərbaycan torpaqlarında Şirvanşahlar , Sacilər ,Salarilər, Rəvvadilər, Şəddadilər dövlətləri yarandı. Səlcuqlar dövründə Qafqazda türklər əsas etnik amilə çevrildi.
Orta əsrlər təsviri incəsənəti
Orta əsrlər incəsənəti — təqribən 1000 il davam edən Qərbdə sənət tarixi dövrü. Adətən bu termin Avropa, Yaxın Şərq və Şimali Afrikada sənətin inkişafına aiddir. İncəsənət tarixçiləri orta əsr sənətlərini tarixi dövrlərə və mövcud üslublara görə təsnif etməyə çalışırlar, lakin bütün bu təsnifatlar şərtlidir. Aşağıdakı dövrləşdirmə ümumiyyətlə qəbul edilir: Kelt sənəti, erkən xristian sənəti, xalqların köçürülmə dövrü sənəti, Bizans sənəti, Roma dövründən əvvəlki sənət, Roma sənəti və Qotik sənət. Bu üslubların hər biri öz növbəsində ayrı-ayrı dövrlərə bölünür. Bundan əlavə, öz millətinin və mədəniyyətinin formalaşdığı dövrdə hər bölgənin özünəməxsus üslubu vardı, məsələn, ingilis-sakson və ya Qədim Norveç sənəti. O dövrdə freskalar və rəsm əsərləri yalnız həqiqətən istedada sahib olan və rəsm üçün lazımi qabiliyyətlərə sahib olanlar tərəfindən edilirdi. Bu yaradıcılıq bir növ hobbi və ya əyləncə deyildi. Orta əsr sənətləri ustaların müəyyən tələblərini irəli sürdü. Bir qayda olaraq, kilsə divarları, qurbangah və ya namaz üçün bir otaq rənglənirdi.
Qafqaz ekspedisiyaları (orta əsrlər)
Rusların Xəzər yürüşləri — qədim rusların 864–1041-ci illərdə Xəzər dənizi sahillərinə etdiyi hərbi basqınlardır. Ruslar IX əsrdə Serklandda ortaya çıxdılar. Onlar Volqa ticarət yolu boyunca tacir kimi səyahət edir və xəz, bal və kölə satırdılar. İlk kiçik miqyaslı basqınlar IX əsrin sonları-X əsrin əvvəllərində baş verdi. Ruslar 914-cü ildə ilk böyük miqyaslı basqınlarını etdilər; 500 gəmi ilə gələrək müasir İran ərazisindəki Qorqanı və qonşu əraziləri talan etdilər və qul və qənimət əldə etdilər. Qayıdanda müsəlman xəzərlər şimal basqınçılarına Volqa deltasında hücum etdi və onları məğlub etdi. Qaçanlar orta Volqada yerli tayfalar tərəfindən öldürüldü. 944-cü il ekspedisiyasında ruslar müasir dövrdə Azərbaycanda yerləşən Arranın paytaxtı Bərdəni işğal etdi. Ruslar bir neçə ay burada qaldı. Bu müddətdə onlar şəhərin sakinlərini öldürdü və böyük qənimət ələ keçirdi.
Serbiya krallığı (orta əsrlər)
Serbiya krallığı (serb. Краљевина Србија) — 1217-ci ildən 1346-cı ilə qədər Nemaniçlər sülaləsinin hakimiyyəti altında mövcud olmuş serb krallığı. Serbiya torpaqlarını birləşdirən Stefan Nemaniçin taclandırılmasından sonra Raşka dövləti dağıldı. 1219-cu ildə müqəddəs Savanın başçılıq etdiyi Serb Pravoslav Kilsəsi avtokefal arxiyepiskopluğa çevrildi. 1346-cı krallıq imperiya elan olunsa da krallıq statusu itmədi, kral titulu hakimiyyət şəriki olan şəxsə deyilirdi. Peić, Sava. Medieval Serbian Culture. London: Alpine Fine Arts Collection. 1994. Ćirković, Sima.
Orta əsrlər Azərbaycan tərcümə sənəti
Orta əsrlər Azərbaycan tərcümə sənəti — Azərbaycan şairləri tərəfindən XV-XVI əsrlərdə əsasən farsca və ərəbcə əsərlərin Azərbaycan dilinə tərcüməsi. XIV əsr Azərbaycan şairi Mustafa Zərir VIII əsr müəllifi İbn İshaqın “Sirətün-Nəbi” əsərini ərəb dilindən tərcümə etmişdir. O, Məhəmməd peyğəmbərin həyatından bəhs edən bu əsərin quruluşunu dəyişmədən tərcümə etmişdir. 1388-ci ildə tamamlanan “Sirətün-Nəbi” əsəri türk xalqları arasında Məhəmməd peyğəmbər haqqında yazılmış ilk dini dastan hesab edilir, bir neçə əlyazması Konyanın (Türkiyə) Mövlana muzeyində saxlanılır. Mustafa Zərir həmçinin IX əsr ərəb tarixçisi Vəqidinin “Fütuhüş-Şam” əsərini 1393-cü ildə nəsrlə tərcümə etmişdir. Mövzü müsəlmanların Suriyanı işğal etməsidir. Sufi şairi Şeyx Əlvan Şirazi Şeyx Mahmud Şəbüstərinin "Gülşəni-raz" əsərini azərbaycan dilinə tərcümə etmişdir. XIV yüzilliyin ortalarında Şirazdan Osmanlı imperiyasına köçmüş Şeyx Əlvan “Gülşəni-raz” əsərini 1426-cı ilin yazında bitirmiş və onu Osmanlı hökmdarı Sultan II Murada həsr etmişdir. Bu tərcümə fəlsəfi məzmun daşıyır və sufi həyat tərzini təbliğ edir. Şeyx Fəridəddin Əttarın “Əsrarnamə” əsəri Əhmədi Təbrizi tərəfindən farscadan türk dilinə tərcümə edilmişdir.
Orta əsrlər Azərbaycan ədəbiyyatının xronologiyası
Orta əsrlər Azərbaycan ədəbiyyatının xronologiyası — XVIII əsrin sonuna qədər azərbaycanca ədəbiyyatın ortaya çıxması ilə azərbaycan şeirlər yazan müəlliflərin siyahısıdır. Diqqətə alınmalıdır ki, bəzi şairlər müxtəlif mənbələrdə azərbaycanlı, türk və ya türkmən olaraq göstərilir. “Dünya dilləri” seriyasında ədəbi Azərbaycan dilinin ortaya çıxması tarixi olaraq XIII əsr hesab edilir. Azərbaycan ədəbiyyatının ortaya çıxması XIII—XIV əsrdə yaşamış İzzəddin Həsənoğlunun adına yazılır. Akademik “Şərqin tarixi” azərbaycan dilində ədəbiyyatın ortaya çıxması tarixi olaraq XIV—XV əsrləri göstərir. Azərbaycan dilində erkən mətnlər həmçinin qədim Osmanlı ədəbiyyatının bir hissəsi hesab edilir. Müstəqil azərbaycan dilinin son şəklinə gəlməsi dövrü XVIII əsr hesab edilir. Azərbaycan dili kimi adlandırılan ilk çap XX əsrin əvvəllərinə aiddir. Азербайджанская литература. // Краткая литературная энциклопедия.
Şərur yaşayış yeri (Orta əsrlər)
Şərur yaşayış yeri — Müаsir Şərur şəhərinin şimаl-qərb tərəfində yеrləşir. Yаşаyış yеrinin qаlıqlаrı bu ərаzidə tikinti işləri аpаrılаrkən tаpılmışdır. Mədəni təbəqə 1,5 mеtr dərinlikdən аşkаr еdilmişdir. Burаdаn tаpılmış divаr qılıqlаrı tikinti mаtеriаllаrınа görə bir-birindən fərqlənir. Bəzi divаrlаr dаşdаn hörülərək gil məhlulu ilə bərkidilmişdir. Digər divаrlаrın tikintisində bişmiş kərpic və əhəngdən istifаdə еdilmişdir. Şərur yаşаyış yеrindən хеyli miqdаrdа şirli və şirsiz sахsı məmulаtı sınıqlаrı аşkаr еdilmişdir. Оnlаr nəhəng küp, dоlçа, çırаq və şаr-kоnusvаri qаb sınıqlаrındаn ibаrətdir. Küp nəhəng gövdəli оlub, silindrik bоğаzlı, yаstı оturаcаqlıdır. Оnlаrın bəzisinin gilinə qum qаtılmış, bəzisi isə qаrışıqsız gildən hаzırlаnmışdır.
Azərbaycanda erkən orta əsrlər dövrü
Azərbaycanda erkən orta əsrlər dövrü — Azərbaycan tarixinin dövrlərindən biri olaraq III əsrdən XI əsrə qədər davam etmişdir. III əsrdə həm müasir Azərbaycan Respublikası ərazisi, həm də Cənubi Azərbaycan ərazisi Sasani imperiyası ərazilərinə qatılmışdırlar. Həmçinin elə bu dövrdə Azərbaycan ərazisində feodalizm formalaşmağa başlamış, Qafqaz Albaniyası ərazisi Bizans və Sasani imperiyaları arasında müharibə meydanına çevrilmişdir. Sasani imperiyasının Ərəb xilafəti tərəfindən süquta uğradılmasından sonra həm keçmiş Atropatena, həm də Albaniya əraziləri Ərəb xilafətinə daxil edilmişdir. Bu zamana qədər artıq dövlətçiliyini tamamilə itirmiş Atropatenadan əlavə olaraq, Albaniyada tədricən zəifləmiş və 705-ci ildə tamamilə yox olmuşdur. Bundan sonra Ərəb xilafətinin də regoindakı hakimiyyəti tədricən zəifləmiş, bunun nəticəsində Azərbaycan ərazisində - həm cənubi, həm də şimali - yeni feodal dövlətlər ortaya çıxmışdır. == Sasani işğalı == === Tarixi === 252-253-cü illərdə Albaniya, bundan daha əvvə isə Atropatena Sasani imperiyası tərəfindən ələ keçirildi. Atropatena tamamilə Sasani imperiyasına birləşdirilsə də, Albaniya vassal dövlətə çevrildi və özünün monarxiyasını qoruyub saxlaya bildi. Lakin Alban hökmdarının real gücü yox idi, mülki, dini və hərbi hakimiyyət əsasən Sasani canişini olan mərzbanın əlində cəmləşmişdi. 260-cı ildə Sasani şahı I Şapurun Roma ordusunu məğlub etməsindən sonra Albaniuyanın ilhaq edilməsi məlumatı Nəqşi-Rüstəmdəki üçdilli abidə verilən mətndə keçməkdədir.
Əsrlər boyu Qviddiç
Əsrlər boyu Kviddiç (ing. Quidditch Through the Ages) — ingilis yazıçı Coan Roulinq tərəfindən yazılmış kitab. 2001-ci ildə nəşr olunmuş əsər Harri Potterin sehrli dünyasında ən məşhur idman növü olan Kviddiç oyunundan bəhs edir. Həmin kitab Hoqvarts Sehrbazlıq və Ovsun Məktəbinin kitabxanasında saxlanılan orijinal ensiklopediyanın surətidir və romanların bir neçəsində xatırlanır. Kitabda qviddiçin tarixi, habelə süpürgə əsasında erkən oyunlar təsvir olunur. Bundan əlavə, uçan süpürgənin təkamülü, qviddiçin sehrli idman növü kimi yaranması və inkişafı, tarix boyu qaydaların modifikasiyaları və qızıl sniçin yaranması müzakirə olunur. Kitab oyunun əsas qaydaları, mümkün olan pozuntuları və cəzaları, ingiltərəli və irlandiyalı komandaları, sürətli süpürgələrin əsas modelləri və eləcə də oyunun taktiki üsullarından bəhs edir. On söz Birinci fəsil: Uçan süpürgənin inkişafı İkinci fəsil: Qədim süpürgə oyunları Üçüncü fəsil: Qvirdiç bataqlığından gələn oyun Dördüncü fəsil: Qızıl sniçin yaranması Beşinci fəsil: Anti-Maql ehtiyat tədbirləri Altıncı fəsil: XIV əsrdən bəri qviddiçə edilən dəyişikliklər Meydança Toplar Oyunçular Qaydalar Hakimlər Yeddinci fəsil: Britaniya və İrlandiyanın qviddiç üzrə komandaları Səkkizinci fəsil: Qviddiçin dünyada yayımlası Doqquzuncu fəsil: Sürətli süpürgənin inkişafı Onuncu fəsil: Bu günkü qviddiç Harri Potterin sehrli dünyasının çərçivəsində Əsrlər boyu Qviddiç tanınmış Qviddiç eksperti Kenniluorti Visp tərəfindən yazılmışdır. Həmin kitab hər iki uydurma və real dünyada oyunun tarixi və incəlikləri üzrə ən düstur mənbədir. Bir çox qviddiç üzrə Britaniyalı komandaların kataloqu kimi xidmət edir.
Harmonik orta
n {\displaystyle n} sayda a 1 , a 2 , … , a n {\displaystyle a_{1},a_{2},\ldots ,a_{n}} müsbət ədədin harmonik ortası n 1 a 1 + 1 a 2 + … + 1 a n {\displaystyle {\frac {n}{{\frac {1}{a_{1}}}+{\frac {1}{a_{2}}}+\ldots +{\frac {1}{a_{n}}}}}} ədədinə deyilir. Verilmiş a 1 , a 2 , … , a n {\displaystyle a_{1},a_{2},\ldots ,a_{n}} müsbət ədədlərinin harmonik ortası həmin ədədlərin tərs qiymətlərinin ədədi ortasının tərs qiymətinə bərabərdir. Ədəbiyyat 1. M. Mərdanov, S. Mirzəyev, Ş. Sadıqov Məktəblinin riyaziyyatdan izahlı lüğəti. Bakı 2016, "Radius nəşriyyatı", 296 səh.
Həndəsi orta
n {\displaystyle n} müsbət a 1 , a 2 , … , a n {\displaystyle a_{1},a_{2},\dots ,a_{n}} ədədinin həndəsi ortası onların hasilinin n {\displaystyle n} dərəcəli hesabi kökünə deyilir: G = a 1 ⋅ a 2 ⋯ a n n {\displaystyle G={\sqrt[{n}]{a_{1}\cdot a_{2}\cdots a_{n}}}} və ya G = ∏ i = 1 n a i n {\displaystyle G={\sqrt[{n}]{\prod \limits _{i=1}^{n}a_{i}}}} . İki ədədin həndəsi ortası onlarla orta mütənasib də deyilir. Bir neçə ədədin həndəsi ortası digər ortalar kimi onların ən kiçiyi ilə ən böyüyü arasında olur. Bir neçə ədədin həndəsi ortası onların qüvvət ortasının xüsusi halıdır. == Ədəbiyyat == 1. M.Mərdanov, S.Mirzəyev, Ş. Sadıqov Məktəblinin riyaziyyatdan izahlı lüğəti. Bakı 2016, "Radius nəşriyyatı", 296 səh.
Orta Amerika
Mərkəzi Amerika — Şimali Amerikada, Meksikadan Panama kanalına qədər olan ərazidə yerləşən bölgə.
Orta Andaman
Orta Andaman adası (ing. Middle Andaman Island) — Böyük Andaman adaları qrupuna daxil olan ən böyük ada. Arxipelaqın mərkəzində yerləşir. Öz növbəsində Hindistanın müttəfiq Andaman və Nikobar adaları ərazisinə daxildir. Sahəsi 1535,5 km². Adada 2001-cin il məlumatına görə 54 385 nəfər yaşayır. Əhalisi əsasən Tamilnada, Kerala və Benqaliya ərazisindən gəlmişlərdən təşkil olunmuşdur. Ada əhalisi əsasən kənd təsərrüfatı ilə məşqul olur. Əsas şəhərləri— Ranqat, Billiqraund, Kadamtala, Bakultata və Bedapur. Adada yerləşən ən şimal şəhəri olan Mayabunder inzibati baxımından Şimali Andamana daxildir.
Orta Asiya
Mərkəzi Asiya və ya Orta Asiya — Asiyanın cənub-qərbdə Xəzər dənizinə, şimal-qərbdə Şərqi Avropaya, şərqdə Çinə və Monqolustana, cənubda Əfqanıstan və İrana, şimalda Rusiyaya qədər uzanan altregionu. Buraya keçmiş sovet respublikaları olan Qazaxıstan, Qırğızıstan, Tacikistan, Türkmənistan və Özbəkistan daxildir. 1924–1925-ci illərə qədər "Türküstan" adlanırdı. Mərkəzi Asiya tarixən İpək yolu ticarət yolları ilə sıx bağlı olmuşdur. Avropa ilə Uzaq Şərq arasında insanların, məhsulların və ideyaların daşınması üçün kəsişmə rolunu oynamışdır. Mərkəzi Asiyanın əksər ölkələri hələ də dünya iqtisadiyyatının bir hissəsidir. Bu regiona daxil olan ölkələr qərbdə Xəzər dənizi sahilindən başlamış şərqdə Çinin Böyük Xinqan dağlarınadək yerləşir. Bu yeganə regiondur ki, heç bir ölkəsinin okeana bilavasitə çıxış yolu yoxdur. Transsibir magistralına və Xəzər-Volqa su yoluna çıxışı olan şimal-qərb hissəsinin iqtisadi-coğrafi mövqeyi daha əlverişlidir. Bu yollar regionu Qafqaz və Avropa ölkələri ilə birləşdirir.
Orta Asya
Mərkəzi Asiya və ya Orta Asiya — Asiyanın cənub-qərbdə Xəzər dənizinə, şimal-qərbdə Şərqi Avropaya, şərqdə Çinə və Monqolustana, cənubda Əfqanıstan və İrana, şimalda Rusiyaya qədər uzanan altregionu. Buraya keçmiş sovet respublikaları olan Qazaxıstan, Qırğızıstan, Tacikistan, Türkmənistan və Özbəkistan daxildir. 1924–1925-ci illərə qədər "Türküstan" adlanırdı. Mərkəzi Asiya tarixən İpək yolu ticarət yolları ilə sıx bağlı olmuşdur. Avropa ilə Uzaq Şərq arasında insanların, məhsulların və ideyaların daşınması üçün kəsişmə rolunu oynamışdır. Mərkəzi Asiyanın əksər ölkələri hələ də dünya iqtisadiyyatının bir hissəsidir. Bu regiona daxil olan ölkələr qərbdə Xəzər dənizi sahilindən başlamış şərqdə Çinin Böyük Xinqan dağlarınadək yerləşir. Bu yeganə regiondur ki, heç bir ölkəsinin okeana bilavasitə çıxış yolu yoxdur. Transsibir magistralına və Xəzər-Volqa su yoluna çıxışı olan şimal-qərb hissəsinin iqtisadi-coğrafi mövqeyi daha əlverişlidir. Bu yollar regionu Qafqaz və Avropa ölkələri ilə birləşdirir.
Orta Azərbaycanca
Orta Azərbaycanca (az-əbcəd. اورتا آزربایجانجا‎) və ya Əcəm türkcəsi — XV–XVIII əsrlərdə İran və Cənubi Qafqazda danışılan türk dili. Azərbaycan dilinin müasir forması orta Azərbaycancadan törəmişdir. Bu dil, xüsusilə onun sintaksisi ağır şəkildə farscanın təsirinə məruz qalmışdır. "Əcəm türkcəsi" termini 1684-cü ildə fransız yazıçı Kapuçin Rafael du Mans tərəfindən yazılan qrammatika kitabında istifadə edilən erkən dövr adlandırılmalarından (fr. lingua turcica agemica və ya fr. Turc Agemi) qaynaqlanır. Yerli mənbələr dili "Türki" adlandırırdılar. Orta Azərbaycanca Qədim Anadolu türkcəsi və ya qədim Azərbaycan türkcəsindən törəmişdir və oğuz dillərinin cənub-qərb qolunun bir hissəsidir. Bu dil ilk dəfə XV əsrdə Azərbaycanda, Şərqi Anadoluda və İranda ortaya çıxıb.
Orta Açaluk
Orta Açaluk (inquş Юкъера-Ачалкхе, Боьтамарзи-Юрт, çeç. Юккъера Ачалкхе) - İnquşetiya Respublikasının Malqobek rayonunda yerləşən kənd. Kənd rayon mərkəzindən 28 km cənub-şərqdə - Malqobek şəhərindən və Maqas şəhərindən 30 km şimal-qərbdə (yol boyu məsafədə), Açaluk çayının dağlıq vadisində yerləşir. Çay kəndin qərbindən başlayır, Yuxarı Açaluk kəndindən keçir, sonra şimal-şərqə, Orta Açaluk kəndinə, oradan isə Aşağı Açaluk kəndinə istiqamətlənir, Sunja silsiləsindən keçərək Alxançurt vadisinə tökülür. Orta Açaluk kəndindən bir az şimalda, bu çayın sağ qolu olan Mavi Daş adlı kiçik bir çay axır. Kəndin şərqində, Sunjenski silsiləsinin yamacında Alxançurt kanalı çəkilmişdir. Orta Açaluk kəndinin yerləşdiyi Sunja silsiləsinin qərbdən şərqə doğru hündürlüyü azalır. Kəndin şimal-qərbində Babalo zirvəsi (818.1 m), şərqdə - Albaskina dağı (777.9 m) yerləşir. Kənd regional R-296 Mozdok - Çermen - Vladiqafqaz magistral yolu boyunca yerləşir. Ən yaxın yaşayış məntəqələri: cənub-qərbdə - Yuxarı Açaluk kəndi, şimal-qərbdə - Qeyrbek-Yurt, şimal-şərqdə - Aşağı Açaluk və cənub-şərqdə - Pliyevo və Qarabulaq şəhəri.
Orta Cami
Orta-Cami (krımtat. Orta Cami) — Ukraynanın Krım yarımadası, Baxçasaray şəhərinin tarixi hissəsində, Krım xan sarayı yaxınlığında yerləşən məscid. Orta Cami haqqında ilkin mənbələr 1674-ci ilə aiddir (1085 hicri). Krım xanlığının əsas cümə məscidlərindən biri hesab edilir. Məscidin tam inşa edilib təhvil verilməsi, 1737 və 1743 illərdə iki qardaş II Məngli Gəray və II Səlamət Gərayın dəstəyi ilə baş tutmuşdur. Onlar Krım xanı Hacı Səlim Gərayın oğulları olmuşlar. Məscidin dəqiq inşa tarixi bilinmir. Amma 1674, 1701 və ya 1710-cu illərdə inşa olunması fərz edilir. 1881-ci ildə məscid təmir olunmuşdur. 1927-cu ildə isə o ziyarətə bağlanmışdır.